"Arsenal"ın Bakıda Avropa Liqasının finalı öncəsi açıq məşqi olub - [color=red]FOTOSESSİYA[/color]
  • İDMAN

  • 19:27 28 May 2019

"Arsenal"ın Bakıda Avropa Liqasının finalı öncəsi açıq məşqi olub - FOTOSESSİYA

İngiltərənin "Arsenal" futbol klubunun Bakı Olimpiya Stadionunda açıq məşqi olub. 

ONA-nın məlumatına görə, "Çelsi" ilə Avropa Liqasının final matçı üçün hazırlıq prosesində 24 futbolçu iştirak edib. 

Mayın 25-dən paytaxtımızda olan "topçular"ın oyun öncəsi son məşqi 1 saat davam edib. KİV nümayəndələri hazırlığı sonadək izləyiblər. 

Qeyd edək ki, Avropa Liqasının finalı sabah paytaxtımızda olacaq. "Çelsi" və "Arsenal" arasındakı həlledici oyun saat 23:00-da başlayacaq. 

OXŞAR XƏBƏRLƏR