Avropa Liqasında həftənin oyunçusu müəyyənləşib.
ONA-nın məlumatına görə, İngiltərənin “Arsenal” klubunun futbolçusu Pyer-Emerik Obameyanq yarımfinalın cavab oyunlarının ən yaxşı futbolçusu seçilib.
O, UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermədə qalib gəlib.
Qeyd edək ki, P.E.Obameyanq “Valensiya” üzərində 4:2 hesablı qələbədə het-triklə pay sahibi olub.