"Arsenal" komandasının keçmiş hücumçusu Xose Antonio Reyes avtomobil qəzasında həyatını itirib.
ONA-nın məlumatına görə, xəbəri onun keçmiş komandası "Sevilya" öz Tvitter səhifəsində təsdiqləyib.
35 yaşlı futbolçu İspaniyanın "Ekstremaduro" komandası oynayırdı.
Karyerası ərzində Reyes "Sevilya", "Arsenal", "Real Madrid", "Benfika" kimi komandaların tərkibində çıxış edib.