• İDMAN

    17:14 22 may 2019

Asamoa Qyan ölkə prezidentinin xahişi ilə milliyə qayıdır

Türkiyənin “Kayserispor” klubunun futbolçusu Asamoa Qyan Qana milli komandasındakı çıxışını bərpa etməyə qərar verib.

ONA-nın məlumatına görə, 2 il əvvəl yığma karyerasını başa vuran hücumçu komandaya qayıdışını öz twitter səhifəsində açıqlayıb.

A.Qyan bildirib ki, milliyə Qana prezidenti Nana Addo Dankva Akufo-Addonun xahişi ilə qayıdır: “Onun xahişini qəbul etdim və məşqçilər korpusundan dəvət gözləyirəm. Əvvəlki kimi yenə yığmanın Afrika kubokundakı 30 illik qələbə həsrətinə son qoymaq hissi ilə alışıb yanıram. Bu ölkə və xalqa xidmət etmək istəyirəm”.

Qeyd edək ki, A.Qyan millidə keçirdiyi 106 oyunda 51 qol vurub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR