• İDMAN

    17:04 3 aprel 2019

Asiman Qurbanlı: “Məqsədim Olimpiya Oyunlarına lisenziya qazanmaqdır”

“Avropa çempionatında bürünc medal qazandığım üçün sevinirəm”.

ONA-nın məlumatına görə, bunu karate üzrə Azərbaycan yığmasının üzvü Asiman Qurbanlı deyib.

İspaniyada keçirilən Avropa çempionatında kumite yarışlarında bürünc medal qazanan karateçimiz Azərbaycan Gənclər və İdman Nazirliyində təşkil olunan yığma üzvləri ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. A.Qurbanlı çempionat haqda fikirlərini bölüşüb: “Hərçənd finala yüksəlməyə də çox yaxın idim. Yarımfinal son dəqiqələrinə qədər güclü rəqiblərlə bərabər mübarizə apardım. Baxmayaraq ki, dünya çempionu olan rəqib çox təcrübəli idi. Qarşılaşma 0:0 hesabı ilə başa çatdı. Finala yüksələn karateçi hakimlərin rəyi ilə müəyyənləşdi. Alman karateçi finala yüksəldi. Bürünc medal uğrunda görüşdə ukraynalı idmançı ilə üz-üzə gəldim. 7:5 hesabı ilə qalib gəldiyim üçün şadam”.

A.Qurbanlı əsas hədəfini də açıqlayıb: “Məqsədim Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Bu çox çətin vəzifə olsa da, lisenziya uğrunda mübarizə aparacağıma ümid edirəm. Böyük məqsəd üçün çalışıram. Çəkdiyim əziyyət yerdə qalmaz”.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR