• İDMAN

    12:53 8 dekabr 2019

“Ata, ana və mən - idman ailəsiyik” layihəsi çərçivəsində yarış keçirilir

Gəncə şəhərinin “Avropa İdman Şəhəri” adını alması ilə bağlı Göygöl rayonunun Olimpiya İdman Kompleksində “Çempion” Əyləncəli İdman Oyunları ilə əlaqədar “Ata, ana və mən - idman ailəsiyik” layihəsi çərçivəsində yarışı keçirilir.

APA-nın yerli bürosunun məlumatına görə, yarışda Gənclər və İdman Nazirliyi və Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin nümayəndələri, tələbələr və idmançılar iştirak edirlər.

Yarışda Gəncə zonasını əhatə edən səkkiz ailə komandası - Gəncə, Mingəçevir, Goranboy, Göygöl, Gədəbəy, Şəmkir, Tovuz, Qazax şəhər və rayon komandaları qatılıb. Komandalar ata, ana və övladdan (oğlandırsa 7-9, qızdırsa 10-13 yaş) ibarətdir.

Yarışlar 2 mərhələdə keçirilir. 1- ci mərhələ hər biri 4 komandadan ibarət olmaqla, qrup oyunlarından, 2-ci mərhələ isə final oyunlarından ibarətdir. Qruplarda qalib gələn 2 komanda finala vəsiqə qazanacaq.

Sonda qaliblər mükafatlandırılacaq.

Qeyd edək ki, Gəncənin “Avropa İdman Şəhəri” adının alması ilə əlaqədar tərtib olunan tədbirlər planına əsasən, “Çempion” Əyləncəli İdman Oyunları çərçivəsində “Ata, ana və mən - idman ailəsiyik” layihəsinin təşkili və keçirilməsi nəzərdə tutulub.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR