• İDMAN

    00:45 26 aprel 2019

“Atalanta” finalda “Latsio”ya rəqib olub - VİDEO

İtaliya kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

ONA-nın məlumatına görə, ikinci finalçı Berqamoda müəyyənləşib.

“Fiorentina”nı qəbul edən “Atalanta” 2:1 hesablı əzmkar qələbə qazanıb. Səfərdəki ilk oyunda məhsuldar heç-heçəyə nail olan berqamolular finala vəsiqə qazanıblar. Tarixində 4-cü dəfə yarımfinal səddini adlayan “Atalanta” sonuncu dəfə 1995/96 mövsümündə bunu bacarmışdı.

Qeyd edək ki, “Atalanta” həlledici oyunda “Latsio” ilə üz-üzə gələcək. Final oyunu mayın 15-də Romadakı Olimpiya stadionunda baş tutacaq.

İtaliya kuboku
Yarımfinal, cavab oyunu
25 aprel
“Atalanta” – “Fiorentina” – 2:1

İliçiç, 14 (pen.), Qomes, 69 – Muriel, 3
İlk oyun – 3:3

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR