• İDMAN

    00:46 27 may 2019

“Atalanta” və “İnter” Çempionlar Liqasına yüksəlib, “Empoli” B seriyasına yuvarlanıb - VİDEO

İtaliya A seriyasında 2018/19 mövsümünə yekun vurulub.

ONA-nın məlumatına görə, XXXVIII turun son səkkiz qarşılaşması keçirilib.

Çempionluğu öncədən rəsmiləşdirən “Yuventus” “Sampdoriya”ya uduzub – 0:2. Bürünc mükafatçı isə son oyun günündə bəlli olub. İki qırmızı vərəqə üzündən 9 nəfərlə qalan “Sassuolo”nu 3:1 hesabı ilə məğlub edən “Atalanta” tarixində ilk dəfə mükafatçılar sırasına düşüb.

Berqamo təmsilçisi kimi “İnter” də Çempionlar Liqasına vəsiqə qazanıb. Milanlılar “Empoli” üzərində qələbə ilə buna nail olublar.

“Atalanta” və “İnter”in büdrəməsinə ümid edən “Milan”ın “Spal” üzərində qələbəsi isə 5-ci yerdən artığı üçün yetərli olmayıb. Bu isə onlara kubokun qalibi “Latsio” kimi Avropa Liqasının qrupuna vəsiqə əldə etmək imkanı verib. “Roma” isə bu turnirə II təsnifat mərhələsindən başlayacaq.

Son oyun günü B seriyasına yuvarlanan 3-cü komandanın adına aydınlıq gətirib. “İnter”ə uduzan “Empoli” “Kyevo” və “Frozinone”yə qoşulub. “Cenoa” isə son turdakı heç-heçə sayəsində A seriyasında qalib. Genuyalılar “Empoli” ilə eyni xala malik olsalar da, əlavə göstəricilərdə öndə qərarlaşıblar.

Qeyd edək ki, A seriyasına “Breşia”, “Leççe” və davam edən pley-off mərhələsinin qalibi yüksəlib.

İtaliya A seriyası
XXXVIII tur
26 may
“Torino” – “Latsio” – 3:1

Falk, 51, Lukiç, 53, De Silvestri, 80 – İmmobile, 66
“Sampdoriya” – “Yuventus” – 2:0
Defrel, 84, Kaprari, 90
“Fiorentina” - “Cenoa” – 0:0
“Roma” – “Parma” – 2:1

Pelleqrini, 35, Perotti, 89 – Jervinyo, 86
“Atalanta” – “Sassuolo” – 3:1
Zapata, 35, Qomes, 53, Paşaliç, 65 – Berardi, 19
“Kalyari” – “Udineze” – 1:2
Pavoletti, 17 – Hallfredson, 59, Di Mayo, 69
“İnter” – “Empoli” – 2:1
Balde, 51, Naynqolan, 81 – Traore, 76
“Spal” – “Milan” – 2:3
Vikari, 26, Fares, 53 – Çalhanoğlu, 18, Kessi, 23, 66 (pen.)

N

Klublar

O

Q

H

M

T-F

X

1

Yuventus

38

28

6

4

70:30

90

2

Napoli

38

24

7

7

74:36

79

3

Atalanta

38

20

9

9

77:46

69

4

İnter

38

20

9

9

57:33

69

5

Milan

38

19

11

8

55:36

68

6

Roma

38

18

12

8

66:48

66

7

Torino

38

16

15

7

52:37

63

8

Latsio

38

17

8

13

56:46

59

9

Sampdoriya

38

15

8

15

60:51

53

10

Bolonya

38

11

11

16

48:56

44

11

Sassuolo

38

9

16

13

53:60

43

12

Udineze

38

11

10

17

39:53

43

13

Spal

38

11

9

18

44:56

42

14

Parma

38

10

11

17

41:61

41

15

Kalyari

38

10

11

17

36:54

41

16

Fiorentina

38

8

17

13

47:45

41

17

Cenoa

38

8

14

16

39:57

38

18

Empoli

38

10

8

20

51:70

38

19

Frozinone

38

5

10

23

29:69

25

20

Kyevo

38

2

14

22

25:75

17

* - “Kyevo”nun hesabından 3 xal silinib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR