• İDMAN

    09:36 23 aprel 2019

“Atletiko” İngiltərə millisinin futbolçusu ilə danışıqlara başlayıb

İngiltərə millisinin və “Tottenhem”in futbolçusu Kiran Tripye karyerasını İspaniyada davam etdirməyə yaxındır.

ONA-nın məlumatına görə, 28 yaşlı müdafiəçi “Atletiko” klubunun maraq dairəsindədir.

Madrid klubu K.Tripyeni yay “transfer pəncərəsi”ndə heyətinə qatmaq niyyətindədir. Klub rəhbərliyi artıq keçidlə bağlı danışıqlara da start verib. Lakin daha iki klub müdafiəçinin transferində maraqlıdır. Bunlar Madridin digər klubu “Real” və İtaliya “Napoli”sidir.

Qeyd edək ki, K.Tripye Premyer Liqanın cari mövsümündə 25 oyunda 1 qol vurub.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR