İspaniyanın “Atletiko” klubunun yayda heyətinə qatacağı iki futbolçu müəyyənləşib.
ONA-nın məlumatına görə, Madrid təmsilçisi Portuqaliyanın “Portu” klubunun iki üzvünü transfer edəcək.
Paytaxt klubu yayda müdafiəçi Aleks Telles və yarımmüdafiəçi Ektor Errera ilə ilkin razılıq əldə edib. Arxa xətt oyunçusunun keçidi 30 milyon avroya gerçəkləşəcək. Errera isə “Portu”dan azad agent statusu ilə ayrılacaq.
Qeyd edək ki, 3 ildir “Portu”da çıxış edən 27 yaşlı Telles Braziliya millisində bu il debüt edib. Son altı ili bu komandada keçirən Errera isə 2012-ci ildən şərəfini qoruduğu Meksika yığmasında 70 matça çıxıb.