• İDMAN

    14:48 11 aprel 2019

Atletlərimiz Avropa çempionatında çıxışlarını başa vurublar

Gürcüstanın Batumi şəhərində keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.

ONA-nın məlumatına görə, yarışda bu gün daha iki atletimiz – Nailxan Nəbiyev və Kamran İsmayılov körpücük üzərinə çıxıb.

Onların hər ikisi 96 kq çəki dərəcəsinin B qrupunda yarışıblar. Nailxan Nəbiyev toplam 337 kq (147+190) nəticə ilə bu qrupda 8-ci, Kamran İsmayılov isə 333 kq (148+185) nəticə ilə 9-cu yeri tutub.

Atletlərimizin yekun sıralamada tutacaqları yer A qrupundakı mübarizə başa çatandan sonra bilinəcək.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR