• İDMAN

    21:37 20 mart 2019

AVRO-2020-nin seçmə mərhələsi start götürür

Sabah AVRO-2020-nin seçmə mərhələsi start götürəcək. ONA-nın məlumatına görə, ilk turun birinci oyun günündə 10 matç baş tutacaq.

C və E qruplarında iki, G və İ qruplarında isə üç görüş keçiriləcək. Seçmə mərhələ sonuncu qrupun matçları ilə başlayacaq.

Öncə Qazaxıstan Şotlandiyanı qəbul edəcək. Ardınca isə Kiprlə San-Marino münasibətlərini aydınlaşdıracaq.

Qrupun digər oyununda favoritlər Belçika və Rusiya qarşılaşacaqlar. Bu matçla eyni vaxtda digər üç qrupun qarşılaşmaları başlayacaq.

C qrupunda Hollandiya Belarusu, Şimali İrlandiya isə Estoniyanı sınağa çəkəcək. Azərbaycan millisinin yer aldığı E qrupunda komandamız Xorvatiyanın, Macarıstan isə Slovakiyanın qonağı olacaq.

G qrupunun iddialılarından Avstriya ilə Polşa, İsraillə Sloveniya görüşəcək. Makedoniya isə öz meydanında Latviyanı qəbul edəcək.

Qeyd edək ki, seçmə mərhələnin ilk turunun digər matçları martın 22-23-də keçiriləcək.

AVRO-2020-nin seçmə mərhələsi
21 mart

C qrupu
23:45. Hollandiya - Belarus

Baş hakim: Davide Massa (İtaliya)
Rotterdam. “Feyenoord” stadionu

23:45. Şimali İrlandiya – Estoniya
Baş hakim: İvan Bebek (Xorvatiya)
Belfast. “Vindzor Park” stadionu

E qrupu
23:45. Xorvatiya – Azərbaycan

Baş hakim: Georgi Kabakov (Bolqarıstan)
Zaqreb. “Maksimir” stadionu

23:45. Slovakiya – Macarıstan
Baş hakim: Vladislav Bezborodov (Rusiya)
Trnava. Anton Malatinski şəhər stadionu

G qrupu
23:45. Avstriya - Polşa

Baş hakim: Anastasios Sidiropulos (Yunanıstan)
Vyana. Ernst Happel stadionu

23:45. Makedoniya - Latviya
Baş hakim: Halis Özkahya (Türkiyə)
Skopye. II Filip Milli Arena

23:45. İsrail - Sloveniya
Baş hakim: Tyaqo Bruno Lopes Martins (Portuqaliya)
Hayfa. Sammi Ofer İtstadion

İ qrupu
19:00. Qazaxıstan - Şotlandiya

Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Astana. Astana Arena

21:00. Kipr – San-Marino
Baş hakim: Yuri Frişer (Estoniya)
Nikosiya. GSP stadionu

23:45. Belçika – Rusiya
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
Brüssel. Koninq Budeviyn stadion

Tahir

Teqlər:

SON XƏBƏRLƏR