AVRO-2020-nin talismanı təqdim olunub.
ONA-nın məlumatına görə, UEFA-nın seçdiyi rəmzin adı “Skilzi”dir. Bu ad ingilis sözü “skills”dən, yəni “bacarıq”dan yaranıb.
Yeni talisman futbol fristaylçısı keyfiyyətlərinə malikdir. Amsterdam şəhərində keçirilən Hollandiya – Almaniya matçından öncə təşkil olunan təqdimat mərasimində də fristayl ustaları, yəni top çiləmək üzrə ixtisaslaşan Liv Kuk və Tobias Beks iştirak ediblər. Onlar "Skilzi" ilə birlikdə müxtəlif tryuklar göstəriblər.
Qeyd edək ki, 2020-ci ilin yayında keçiriləcək qitə çempionatının final mərhələsi 12 ölkənin 12 stadionunda keçiriləcək. Azərbaycan paytaxtı Bakı da mötəbər yarışa ev sahibliyi edəcək. Qrup mərhələsinin üç, 1/4 finalın bir görüşü Bakı Olimpiya Stadionunda baş tutacaq.