AVRO-2020: Qazaxıstan sensasiyaya imza atıb, Kipr və Hollandiya rəqiblərini darmadağın ediblər
  • İDMAN

  • 01:53 22 Mart 2019

AVRO-2020: Qazaxıstan sensasiyaya imza atıb, Kipr və Hollandiya rəqiblərini darmadağın ediblər

AVRO-2020-nin seçmə mərhələsinə start verilib. ONA-nın məlumatına görə, ilk oyun günündə 10 qarşılaşma keçirilib.

Bu matçlarla C, E, G və İ qruplarında mübarizə başlayıb. Seçmə mərhələnin ilk oyunu Qazaxıstanda keçirilib. Meydan sahibləri sensasiyaya imza ataraq, Şotlandiyanı böyükhesablı məğlubiyyətə uğradıb – 3:0. Erkən qolla hesabı açan Yuri Pertsux seçmə mərhələdə vurulan ilk topun müəllifi olub.

Bu qrupda daha bir darmadağın qeydə alınıb. Kipr millisi San-Marinonu 5 cavabsız qolla üstələyib. “Altılıq”da favorit olan Belçika və Rusiya arasında görüşdə meydan sahibləri 3:1 hesablı qələbəyə seviniblər.

Azərbaycan millisinin yer aldığı E qrupunda iki matç keçirilib. Yığmamız səfərdə Xorvatiyaya uduzub – 1:2.  Slovakiya – Macarıstan görüşündə isə meydan sahibləri iki cavabsız qolla qələbə qazanıblar.

C qrupunda da iki qarşılaşma keçirilib. Hollandiya Belarusla görüşdə sensasiyaya imkan verməyib – 4:0. Şimali İrlandiya isə 3 xalı Estoniya ilə matçda qazanıb – 2:0.

G qrupunun iddialıları Polşa və Avstriya sonuncuların meydanında üz-üzə gəlib. Bu oyunda polşalılar minimal hesabla qələbə qazanıblar. İsrail Sloveniya ilə matçda bir xalla kifayətlənib – 1:1. Makedoniya isə Latviyanı 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, seçmə mərhələnin ilk turunun digər matçları martın 22-23-də keçiriləcək.

AVRO-2020-nin seçmə mərhələsi
21 mart

C qrupu
23:45. Hollandiya – Belarus – 4:0

Qollar: Depay, 1, 55 (pen), Viynaldum, 21, Van Diyk, 86
Baş hakim: Davide Massa (İtaliya)
Rotterdam. “Feyenoord” stadionu

23:45. Şimali İrlandiya – Estoniya – 2:0
Qollar: Makqin, 56, Devis, 75 (pen.)
Baş hakim: İvan Bebek (Xorvatiya)
Belfast. “Vindzor Park” stadionu

1

Hollandiya

1

1

0

0

4-0

3

2

Ş.İrlandiya

1

1

0

0

2-0

 

3

Almaniya

0

0

0

0

0-0

0

4

Estoniya

1

0

0

1

0-2

0

5

Belarus

1

0

0

1

0-4

0


Növbəti oyunlar martın 24-də keçiriləcək: Hollandiya – Almaniya, Şimali İrlandiya – Belarus.

E qrupu
23:45. Xorvatiya – Azərbaycan – 2:1

Qollar: Barişiç, 44, Kramariç, 79 – Şeydayev, 19
Baş hakim: Georgi Kabakov (Bolqarıstan)
Zaqreb. “Maksimir” stadionu

23:45. Slovakiya – Macarıstan – 2:0
Qollar: Duda, 42, Rusnak, 85
Baş hakim: Vladislav Bezborodov (Rusiya)
Trnava. Anton Malatinski şəhər stadionu

1

Slovakiya

1

1

0

0

2-0

3

2

Xorvatiya

1

1

0

0

2-1

3

3

Uels

0

0

0

0

0-0

0

4

Azərbaycan

1

0

0

1

1-2

0

5

Macarıstan

1

0

0

1

0-2

0


Növbəti oyunlar martın 24-də keçiriləcək: Uels – Slovakiya, Macarıstan – Xorvatiya.

G qrupu
23:45. Avstriya – Polşa – 0:1

Qol: Pyatek, 69
Baş hakim: Anastasios Sidiropulos (Yunanıstan)
Vyana. Ernst Happel stadionu

23:45. Makedoniya – Latviya – 3:1
Qollar: Alioski, 11, Elmas, 29, 90 – İsayevs, 87
Baş hakim: Halis Özkahya (Türkiyə)
Skopye. II Filip Milli Arena

23:45. İsrail – Sloveniya – 1:1
Qollar: Zahavi, 55 - Sporar, 48
Baş hakim: Tyaqo Bruno Lopes Martins (Portuqaliya)
Hayfa. Sammi Ofer İtstadion

1

Makedoniya

1

1

0

0

3-1

3

2

Polşa

1

1

0

0

1-0

3

3

İsrail

1

0

1

0

1-1

1

4

Sloveniya

1

0

1

0

1-1

1

5

Avstriya

1

0

0

1

0-1

0

6

Latviya

1

0

0

1

1-3

0


Növbəti oyunlar martın 24-də keçiriləcək: İsrail – Avstriya, Polşa – Latviya, Sloveniya – Makedoniya.

İ qrupu
19:00.  Qazaxıstan – Şotlandiya – 3:0

Qollar: Pertsux, 6, Voroqovski, 10, Zaynutdinov, 51
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Astana. Astana Arena

21:00. Kipr – San-Marino – 5:0
Qollar: Sotiriou, 19 (pen.), 23 (pen.), Kousoulos, 26, Efrem, 31, Laifis, 56
Baş hakim: Yuri Frişer (Estoniya)
Nikosiya. GSP stadionu

23:45. Belçika – Rusiya – 3:1
Tilemans, 14, Azar, 45 (pen.), 88 – Çerışev, 16
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
Brüssel. Koninq Budeviyn stadion

1

Kipr

1

1

0

0

5-0

3

2

Qazaxıstan

1

1

0

0

3-0

3

3

Belçika

1

1

0

0

3-1

3

4

Rusiya

1

0

0

1

1-3

0

5

Şotlandiya

1

0

0

1

0-3

0

6

San-Marino

1

0

0

1

0-5

0

Növbəti oyunlar martın 24-də keçiriləcək: Qazaxıstan – Rusiya, San-Marino – Şotlandiya, Kipr – Belçika.

OXŞAR XƏBƏRLƏR