AVRO-2020: Türkiyə millisi Moldova ilə, Portuqaliya Serbiya ilə qarşılaşacaq
  • İDMAN

  • 18:50 24 Mart 2019

AVRO-2020: Türkiyə millisi Moldova ilə, Portuqaliya Serbiya ilə qarşılaşacaq

Sabah AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

ONA-nın məlumatına görə, A, B və H qruplarında ikinci turun görüşləri baş tutacaq.

Qonşu Türkiyə millisi altı komandanın mübarizə apardığı H qrupunda Moldova ilə görüşəcək. Şenol Günəşin yetirmələri Albaniyadakı qələbədən sonra ilk ev oyununda da üç xal qazanmağa çalışacaq. Əskişəhərdəki görüşdə qazanılacaq qələbə kifayət qədər çətin uğur qazanmaq üçün növbəti addım olacaq.

Qrupun favoriti olan Fransa isə yarışa qələbə ilə başlayan digər komanda İslandiyanı sınağa çəkəcək. İlk turda uduzan Albaniya ilə Andorra sonuncuların meydanında görüşəcək.

A qrupunda ilk matçına çıxacaq Kosovo Bolqarıstanı qəbul edəcək. Qrupun lideri İngiltərə isə Monteneqro səfərində meydana çıxacaq.

B qrupunda Portuqaliya ilk qələbəsini Serbiya ilə görüşdə qazanmaq əzmindədir. Ukrayna isə ilk turdan sonra liderliyə yüksələn Lüksemburqun qonağı olacaq.

Qeyd edək ki, seçmə mərhələnin ikinci turuna martın 26-da yekun vurulacaq.

AVRO-2020-nin seçmə mərhələsi
25 mart

A qrupu
23:45. Kosovo - Bolqarıstan

Baş hakim: Gediminas Majeyka (Litva)
Priştina. Fadil Vokri stadionu

23:45. Monteneqro – İngiltərə
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Podqoritsa. Şəhər stadionu

1

İngiltərə

1

1

0

0

5-0

3

2

Bolqarıstan

1

0

1

0

1-1

1

3

Monteneqro

1

0

1

0

1-1

1

4

Kosovo

0

0

0

0

0-0

0

5

Çexiya

1

0

0

1

0-5

0

B qrupu
23:45. Lüksemburq - Ukrayna

Baş hakim: Mattias Gestranius (Finlandiya)
Lüksemburq. Jozi Bartel stadionu

23:45. Portuqaliya - Serbiya
Baş hakim: Şimon Marçinyak (Polşa)
Lissabon. “Benfika” stadionu

1

Lüksemburq

1

1

0

0

2-1

3

2

Portuqaliya

1

0

1

0

0-0

1

3

Ukrayna

1

0

1

0

0-0

1

4

Serbiya

0

0

0

0

0-0

0

5

Litva

1

0

0

1

1-2

0

H qrupu
21:00. Türkiyə - Moldova

Baş hakim: Sergey Boyko (Ukrayna)
Əskişəhər. Yeni Atatürk stadionu

23:45. Andorra - Albaniya
Baş hakim: Filip Qlova (Slovakiya)
Andorra la Vella. Kommunal stadionu 

23:45. Fransa - İslandiya
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Sen-Deni. Stad de Frans

1

Fransa

1

1

0

0

4-1

3

2

İslandiya

1

1

0

0

2-0

3

3

Türkiyə

1

1

0

0

2-0

3

4

Albaniya

1

0

0

1

0-2

0

5

Andorra

1

0

0

1

0-2

0

6

Moldova

1

0

0

1

1-4

0

Vüqar Xeyrullayev

Teqlər: AVRO-2020 Türkiyə millisi

OXŞAR XƏBƏRLƏR