• İDMAN

    01:43 25 mart 2019

AVRO-2020: Hollandiya və Xorvatiya məğlub olub, Azərbaycan yığması sonuncu pilləyə düşüb - VİDEO

AVRO-2020-nin seçmə mərhələsində II tura start verilib.

ONA-nın məlumatına görə, dörd qrupda 10 qarşılaşma keçirilib.

Azərbaycan millisinin mübarizə apardığı E qrupunda iki oyun baş tutub. Yığmamızın istirahət etdiyi turda hesabında xal olmayan komandalar qələbə qazanıblar.

İlk oyununa çıxan Uels öz meydanında Slovakiyanı 1:0 hesabı ilə məğlub edib. Macarıstan isə qrupun favoriti Xorvatiya üzərində əzmkar qələbəyə imza atıb.

Bu nəticələrdən sonra qrupda xalı olmayan yeganə komanda kimi Azərbaycan yığması qalıb. Nəticədə Nikola Yurçeviçin yetirmələri turnir cədvəlində sonuncu pilləyə düşüb.

İ qrupunda seçmə mərhələyə məğlubiyyətlə başlayan Rusiya və Şotlandiya ilk xallarını qazanıblar. Sonuncular San-Marino, şimal qonşularımız isə Qazaxıstan səfərində quru hesablı qələbəyə seviniblər. Stanislav Çerçesovun yetirmələri Belçika məğlubiyyətinin acığını 4 cavabsız qolla çıxıblar. Kiprin qonağı olan Belçika isə ardıcıl ikinci qələbə ilə qrupda vahid liderliyi ələ keçirib.

C qrupunda Almaniya ilk matçına çıxıb. Bundestim səfərdə Hollandiyanı məğlubiyyətə uğradıb. Qonaqlar görüşün fasiləsinə qədər 2 qol vursa da, meydan sahibləri hesabda tarazlıq yaradıb. Lakin almaniyalılar son dəqiqə qolu ilə hesablarına üç xal yazıblar.
Qrupun digər matçında Şimali İrlandiya Belarusa qalib gələrək liderliyə yüksəlib.

G qrupunda günə İsraildə start verilib. Meydan sahibləri Avstriyanı 4:2 hesabı ilə üstələyiblər. Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin idarə etdiyi Polşa – Latviya oyununda meydan sahibləri qalib gəliblər. Makedoniya ilə Sloveniya arasında Balkan derbisində isə komandalar hərəyə bir qolla bir xal qazanıblar. Bu, sonuncuların ikinci belə heç-heçəsi olub.

Qeyd edək ki, II turun digər oyunları martın 25-26-da keçiriləcək.

AVRO-2020-nin seçmə mərhələsi
24 mart

C qrupu
23:45. Hollandiya – Almaniya – 2:3

Qollar: De Liqt, 48, Depay, 64 - Sane, 15, Qnabri, 34, Şults, 90
Baş hakim: Xesus Xil Mansano (İspaniya)
Amsterdam. “Yohan Kroyff Arena”

23:45. Şimali İrlandiya – Belarus – 2:1
Qollar: Evans, 30, Maqennis, 87 – Staseviç, 33
Baş hakim: Pavel Raşkovski (Polşa)
Belfast. “Vindzor Park” stadionu

1

Ş.İrlandiya

2

2

0

0

4-1

6

2

Almaniya

1

1

0

0

3-2

3

3

Hollandiya

2

1

0

1

6-3

3

4

Estoniya

1

0

0

1

0-2

0

5

Belarus

2

0

0

2

1-6

0

Növbəti oyunlar iyunun 8-də keçiriləcək: Estoniya – Şimali İrlandiya, Belarus – Almaniya.

E qrupu
18:00. Uels – Slovakiya – 1:0

Qol: Ceyms, 5
Baş hakim: Feliks Zvayer (Almaniya)
Kardiff. Kardiff Siti stadionu

21:00. Macarıstan – Xorvatiya – 2:1
Qollar: Şalai, 34, Pataki, 76 – Rebiç, 13
Baş hakim: Vilyam Kallum (Şotlandiya)
Budapeşt. “Qroupama Aréna”

1

Slovakiya

2

1

0

1

2-1

3

2

Uels

1

1

0

0

1-0

3

3

Macarıstan

2

1

0

1

2-3

3

4

Xorvatiya

2

1

0

1

3-3

3

5

Azərbaycan

1

0

0

1

1-2

0

Növbəti oyunlar iyunun 8-də keçiriləcək: Xorvatiya – Uels, Azərbaycan – Macarıstan.

G qrupu
21:00. İsrail – Avstriya – 4:2

Qollar: Zahavi, 34, 45, 55, Dabbur, 66 – Arnautoviç, 8, 75
Baş hakim: Yevgeni Aranovski (Ukrayna)
Hayfa. Sammi Ofer İtstadion

23:45. Polşa – Latviya – 2:0
Qollar: Levandovski, 76, Qlik, 84
Baş hakim: Əliyar Ağayev (Azərbaycan)
Varşava. “Naradovi” stadionu

23:45. Sloveniya – Makedoniya – 1:1
Qollar: Zayts, 34 – Bardi, 47
Baş hakim: Xavyer Estrada Fernandes (İspaniya)
Lyublyana. Stojitse stadionu

1

Polşa

2

2

0

0

3-0

6

2

İsrail

2

1

1

0

5-3

4

3

Makedoniya

2

1

1

0

4-2

4

4

Sloveniya

2

0

2

0

2-2

2

5

Avstriya

2

0

0

2

2-5

0

6

Latviya

2

0

0

2

1-5

0

Növbəti oyunlar iyunun 7-də keçiriləcək: Latviya – İsrail, Makedoniya – Polşa, Avstriya – Sloveniya.

İ qrupu
18:00. Qazaxıstan – Rusiya – 0:4

Qollar: Çerışev, 19, 45, Dzyuba, 52, Beysebekov, 62 (avtoqol)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Astana. “Astana Arena”

21:00. San-Marino – Şotlandiya – 0:2
Qollar: Maklin, 4, Rassel, 74
Baş hakim: Manuel Şuttenqruber (Avstriya)
Serravalle. San-Marino stadionu

23:45. Kipr – Belçika – 0:2
Qollar: Azar, 10, Batşuayi, 18
Baş hakim: Fransua Leteksye (Fransa)
Nikosiya. GSP stadionu

1

Belçika

2

2

0

0

5-1

6

2

Rusiya

2

1

0

1

5-3

3

3

Qazaxıstan

2

1

0

1

3-4

3

4

Kipr

2

1

0

1

5-2

3

5

Şotlandiya

2

1

0

1

2-3

3

6

San-Marino

2

0

0

2

0-7

0

Növbəti oyunlar iyunun 8-də keçiriləcək: Rusiya – San-Marino, Belçika – Qazaxıstan, Şotlandiya – Kipr.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR