Avrokubokların 2019/20 mövsümünə qrup mərhələsindən başlayacaq klubların tam siyahısı müəyyənləşib.
ONA-nın məlumatına görə, 43 komanda təsnifat mərhələlərindən azad olacaq.
Çempionlar Liqasında 32 iştirakçıdan 26-sı, Avropa Liqasında isə 48 komandadan 17-si yarışa qrupdan qoşulacaq. Bu 43 klub 12 ölkəni təmsil edir.
Qrup mərhələsində İspaniya, İngiltərə, İtaliya və Almaniya hərəsi ən azı 6, Fransa 5, Rusiya 3 komanda ilə təmsil olunacağını təmin edib. Portuqaliya, Belçika, Türkiyə və Avstriyanın hərəsindən iki, İsveçrədən bir komanda artıq qrupda yer alıb.
Çempionlar Liqası
“Barselona” (İspaniya)
“Atletiko” (İspaniya)
“Real” (İspaniya)
“Valensiya” (İspaniya)
“Mançester Siti” (İngiltərə)
“Liverpul” (İngiltərə)
“Çelsi” (İngiltərə)
“Tottenhem” (İngiltərə)
“Yuventus” (İtaliya)
“Napoli” (İtaliya)
“Atalanta” (İtaliya)
“İnter” (İtaliya)
“Bavariya” (Almaniya)
“Borussiya” (Dortmund, Almaniya)
“Leypsiq” (Almaniya)
“Bayer” (Almaniya)
PSJ (Fransa)
“Lill” (Fransa)
“Lion” (Fransa)
“Zenit” (Rusiya)
“Lokomotiv” (Rusiya)
“Benfika” (Portuqaliya)
“Şaxtyor” (Ukrayna)
“Genk” (Belçika)
“Qalatasaray” (Türkiyə)
“Zalsburq” (Avstriya)
Avropa Liqası
“Xetafe” (İspaniya)
“Sevilya” (İspaniya)
“Arsenal” (İngiltərə)
“Mançester Yunayted” (İngiltərə)
“Latsio” (İtaliya)
“Milan” (İtaliya)
“Borussiya” (Mönhenqladbax, Almaniya)
“Volfsburq” (Almaniya)
“Renn” (Fransa)
“Sent-Etyen” (Fransa)
MOİK (Rusiya)
“Sportinq” (Portuqaliya)
“Aleksandriya” (Ukrayna)
“Mexelen” (Belçika)
“Beşiktaş” (Türkiyə)
“Volfsberq” (Avstriya)
“Luqano” (İsveçrə)