Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə şəxsi Avropa çempionatında növbəti turun matçları başa çatıb. ONA-nın məlumatına görə, yeddinci oyun günündə Azərbaycan millisinin üzvləri inamsız çıxışları ilə yadda qalıblar.
Belə ki, 7 təmsilçimizdən yalnız biri qələbə qazanıb. 3 şahmatçımız heç-heçə oynadığı halda, 3 həmyerlimiz uduzub.
Avropa çempionatı
VII tur
Rauf Məmmədov (2701) – Sergey Azarov (Belarus, 2585) - 0:1
Sebastyan Maze (Fransa, 2578) – Eltac Səfərli (2662) – 0,5:0,5
Dimo Terziyev (Bolqarıstan, 2041) – Kənan Qarayev (2368) - 0:1
Pavle Dimiç (Serbiya, 2351) – Məhəmməd Muradlı (2444) - 1:0
Edoardo di Beneditto (İtaliya, 2394) – Ülvi Sadıqov (2488) - 0,5:0,5
Bernat Seralos (İspaniya, 2363) – Cahandar Azadəliyev (1863) - 1:0
Abdulla Qədimbəyli (2404) – Yekaterina Smirnova (Rusiya, 2178) - 0,5:0,5
Turnir cədvəli: 1. Maksim Rotşteyn (İsrail), 2. Kasper Piorun (Polşa), 3. Nils Qrandelius (İsveç) - hamısı 6 xal, ...86. Eltac Səfərli - 4,5, ...114. Rauf Məmmədov - 4, ...209. Kənan Qarayev, ....213. Ülvi Sadıqov - hər ikisi 3,5, ...273. Məhəmməd Muradlı, ...288. Abdulla Qədimbəyli, ...294. Cahandar Azadəliyev - hər ikisi 2,5.
Qeyd edək ki, 11 turdan ibarət olan yarış martın 29-da başa çatacaq.