Şimali Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə şəxsi Avropa çempionatında növbəti turun matçları başa çatıb. ONA-nın məlumatına görə, səkkizinci oyun günündə Azərbaycan millisinin üzvlərindən yalnız biri qələbə qazanıb.
Məhəmməd Muradlı Tarun Kanyumaralaya qalib gəlib. Dörd şahmatçımız isə heç-heçə ilə kifayətlənib.
Avropa çempionatı
VIII tur
Aleksandra Qoryaçkina (Rusiya, 2504) - Rauf Məmmədov (2701) – 1:0
İvan Rozum (Rusiya, 2573) - Eltac Səfərli (2662) – 0,5:0,5
Kənan Qarayev (2368) - Peter Şreyner (Avstriya, 2471) - 0,5:0,5
Məhəmməd Muradlı (2444) - Tarun Kanyumarala (İrlandiya, 2027) - 1:0
Ülvi Sadıqov (2488) - Tsvetan Stoyanov (Bolqarıstan, 2370) - 0,5:0,5
Cahandar Azadəliyev (1863) - Andrey Tsvetkov (Rusiya, 2322) - 0:1
Mateo İviç (Xorvatiya, 2183) - Abdulla Qədimbəyli (2404) – 0,5:0,5
Turnir cədvəli: 1. Maksim Rotşteyn (İsrail), 2. Kasper Piorun (Polşa), 3. Vladislav Artemiyev (Rusiya) - hamısı 6,5 xal, ...83. Eltac Səfərli - 5, ...175. Rauf Məmmədov, ...199. Kənan Qarayev, ....205. Ülvi Sadıqov - hər üçü 4, ...228. Məhəmməd Muradlı – 3,5, ...288. Abdulla Qədimbəyli – 3, ...317. Cahandar Azadəliyev - 2,5.
Qeyd edək ki, 11 turdan ibarət olan yarış martın 29-da başa çatacaq.