• İDMAN

    17:48 3 aprel 2019

Avropa çempionumuz: “Məqsədim dünya çempionu titulunu qazanmaqdır”

“Müəllimimin istəyi ilə cüdonu karateyə dəyişdim. Məhz ona görə bu idman növünə keçdim”.

ONA-nın məlumatına görə, bunu parakarate üzrə Azərbaycan milli komandasının üzvü Sahib Əhədov deyib.

İspaniyanın Qvadalaxara şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanan parakarateçi Azərbaycan Gənclər və İdman Nazirliyində təşkil olunan görüşdə iştirak edib. Avropa çempionu tədbirdən sonra yarış barədə fikirlərini jurnalistlərə açıqlayıb: “Paracüdoda Bakı çempionu adını qazanmışam. Sonradan parakarateyə keçmişəm. Bu idman növündə keçirilən beynəlxalq yarışlarda rəqabət böyükdür. Düzdür, daxili yarışlarda belə rəqabət yoxdur. Əsas məqsədim dünya çempionu titulunu qazanmaqdır”.

Qeyd edək ki, gözdən zəif idmançılar arasında qitə çempionu adına yiyələnən Əhədov dünya çempionatının gümüş mükafatçısıdır.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR