Avropa Liqasında 1/4 final cütlərinin tərkibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bütün oyunları Almaniyada təşkil olunacaq final mərhələsinin ilk raundu avqustun 10-11-də keçiriləcək.
Bir matçdan ibarət duellərdə 7 ölkə təmsilçisi mübarizə aparacaq. Yalnız İngiltərənin iki komandası “səkkizliy”ə düşüb.
Meydan sahibi Almaniyanın yeganə təmsilçisi isə “Bayer” olacaq. İsveçrə, Ukrayna, İtaliya, İspaniya və Danimarka da 1/4 finalda bir komandasına azarkeşlik edəcək.
Avropa Liqası
1/4 final
10 avqust
23:00. “Mançester Yunayted” (İngiltərə) - “Kopenhagen” (Danimarka)
23:00. "İnter" (İtaliya) - “Bayer” (Almaniya)
11 avqust
23:00. “Şaxtyor” (Ukrayna) - “Bazel” (İsveçrə)
23:00. “Vulverhempton” (İngiltərə) - "Sevilya" (İspaniya)