• İDMAN

    02:38 15 mart 2019

Avropa Liqasında 1/4 finalçılar müəyyənləşib

Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub. ONA-nın məlumatına görə, cavab mərhələsinin oyunlarından sonra 1/4 finala vəsiqələrin sahibləri müəyyənləşib.

İngiltərənin “Çelsi” klubu evdə böyükhesablı məğlubiyyətə uğratdığı Kiyev “Dinamo”sunu Ukraynada da darmadağın edib. Olivye Jirunun het-trikə imza atdığı görüşdə qonaqlar 5:0 hesablı qələbə qazanıblar.

Rusiya “Krasnodar”ı “Valensiya”ya İspaniyadakı məğlubiyyətin əvəzini çıxmağa yaxın olub. Lakin qonaqlar uzatma dəqiqələrində vurulan qolla məğlubiyyətdən qaçaraq 1/4 finala yüksəliblər.

Avstriyada “Zalsburq”un qonağı olan “Napoli” erkən qolla ümumi üstünlüyünü 4 topa çatdırıb. Ardınca üç qol buraxmaq da İtaliya təmsilçisinin turu adlamasına mane ola bilməyib.

İspaniyanın “Vilyarreal” klubu da 1/4 finalçılar sırasında yer alıb. La Liqa klubu səfərdə məğlub etdiyi Rusiya “Zenit”ini evdə də üstələyib – 2:1.

İngiltərənin “Arsenal” klubu çətin vəzifənin öhdəsindən gəlib. Fransada “Renn”ə 1:3 hesabı ilə uduzan “topçular” sensasiyaya imkan verməyiblər və bunun əvəzini artıqlaması ilə çıxıblar – 3:0.

İtaliya “İnter”i isə “Ayntraxt”ı qəbul edib. Almaniyada heç-heçəylə kifayətlənən frankfurtlular Milanda vurulan erkən qolla mərhələ keçiblər – 1:0.

Çexiyada qarşılaşan “Slaviya” ilə “Sevilya” arasında görüş yenə məhsuldar alınıb. İlk görüşdə hərəyə 2 qol vuran komandaların bu dəfəki duelində də azarkeşlər eyni hesablı bərabərliyə şahid olublar. Cütün taleyi əlavə vaxtda həll olunub. 4:3 hesabı ilə qalib gələn çexiyalılar 1/4 finala vəsiqəni qazanıblar.

Portuqaliyada “Benfika” Zaqreb “Dinamo”sunu sınağa çəkib. Bu görüşdə də əlavə vaxta ehtiyac yaranıb. Xorvatiyada 0:1 hesabı ilə uduzan portuqaliyalılar məğlubiyyətin əvəzini 71-ci dəqiqədə Jonasın vurduğu qolla çıxıb – 1:0. 1/4 finala vəsiqəni isə əlavə vaxtda daha iki dəfə fərqlənən meydan sahibləri qazanıblar.

Qeyd edək ki, 1/4 final, yarımfinal mərhələlərinin, həmçinin Bakı Olimpiya Stadionuna keçiriləcək final mərhələsinin püşkatması martın 15-də təşkil olunacaq. İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Aprelin 11-də və 18-də keçiriləcək bu mərhələdə “Çelsi”, “Arsenal” (hər ikisi İngiltərə), “Vilyarreal”, “Valensiya” (hər ikisi İspaniya), “Napoli” (İtaliya), “Ayntraxt” (Almaniya), “Slaviya” (Çexiya) və “Benfika” (Portuqaliya) klubları mübarizə aparacaqlar.

Avropa Liqası
1/8 final
Cavab oyunları
14 mart
21:55. “Dinamo” (Ukrayna) – “Çelsi” (İngiltərə) – 0:5

Qollar: Olivye Jiru, 5, 33, 59, Alonso, 45, Hadson-Odoi, 78
Baş hakim: Tobias Ştiler (Almaniya)
Kiyev. Olimpiya stadionu
İlk oyun – 0:3
21:55. “Zalsburq” (Avstriya) – “Napoli” (İtaliya) – 3:1
Qollar: Dabbur, 25, Qulbrandsen, 65, Leytqeb, 90 – Milik, 14
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Zalsburq. “Red Bull Arena”
İlk oyun – 0:3
21:55. “Krasnodar” (Rusiya) – “Valensiya” (İspaniya) – 1:1
Qollar: Süleymanov, 85 – Quedes, 90+3
Baş hakim: Entoni Teylor (İngiltərə)
Krasnodar. “Krasnodar” stadionu
İlk oyun – 1:2
00:00. “İnter” (İtaliya) – “Ayntraxt” (Almaniya) – 0:1
Qol: Yoviç, 6
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
Milan. Cüzeppe Meattsa stadionu
İlk oyun – 0:0
00:00. “Benfika” (Portuqaliya) – “Dinamo” (Xorvatiya) – 3:0, əlavə vaxtda
Qollar: Jonas, 71, Ferreyra, 94, Qrimaldo, 105
Baş hakim: Deniz Aytekin (Türkiyə)
Lissabon. “Benfika” stadionu
İlk oyun – 0:1
00:00. “Slaviya” (Çexiya) – “Sevilya” (İspaniya) – 4:3, əlavə vaxtda
Qollar: Nqadeu-Nqadju, 14, Souçek, 47 (pen.), Van Buren, 102, Traore, 119 – Ben Yedder, 44 (pen.), El Haddadi, 54, Vaskes, 98
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Praqa. “Sinobo” stadionu
İlk oyun – 2:2
00:00. “Arsenal” (İngiltərə) – “Renn” (Fransa) – 3:0
Qollar: Obameyanq, 5, 72, Nayls, 15
Baş hakim: Andris Treymanis (Latviya)
London. “Emireyts” stadionu
İlk oyun – 1:3
00:00. “Vilyarreal” (İspaniya) – “Zenit (Rusiya) – 2:1
Qollar: Moreno, 29, Bakka, 47 – İvanoviç, 90
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
Vilya Real. Estadio de Seramika
İlk oyun – 3:1

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR