Avropa Liqasında həftənin futbolçusu müəyyənləşib.
ONA-nın məlumatına görə, Portuqaliyanın “Benfika” klubunun futbolçusu Joao Feliks 1/4 final mərhələsinin ilk oyunlarının ən yaxşısı seçilib.
19 yaşlı portuqaliyalı Almaniyanın “Ayntraxt” klubu ilə ev oyununda het-trik müəllifi olub. Turnirin tarixinə ən gənc het-trik müəllifi kimi düşən J.Feliks UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermədə qalib adını qazanıb.
Qeyd edək ki, “Benfika” ev oyununda 4:2 hesabı ilə qələbə qazanıb.