• İDMAN

    09:11 12 aprel 2019

Avropa Liqasında həftənin futbolçusu adına namizədlər açıqlanıb

Avropa Liqasında həftənin futbolçusu adına namizədlər açıqlanıb.

ONA-nın məlumatına görə, bu ada 1/4 finalın ilk oyunlarında fərqlənən “dördlük” iddia edir.

UEFA-nın müəyyənləşdirdiyi namizədlər sırasında Joao Feliks (“Benfika”, Portuqaliya), Aaron Remsi (“Arsenal”, İngiltərə), Villian (“Çelsi”, İngiltərə) və Qonsalo Quedeş (“Valensiya”, İspaniya) yer alıb.

Həftənin oyunçusu azarkeşlər arasında keçirilən səsvermə ilə müəyyənləşəcək.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR