• İDMAN

    09:20 10 may 2019

Avropa Liqasında həftənin oyunçusu adına 4 namizəd müəyyənləşib

UEFA Avropa Liqasında həftənin oyunçusu adına namizədləri açıqlanıb.

ONA-nın məlumatına görə, yarımfinalın cavab oyunlarının ən yaxşısı seçilməyə 4 futbolçu iddia edir.

Bunlar finala yüksələn İngiltərə komandaların üzvləridir. İspaniya “Valensiya”sını 4:2 hesabı ilə məğlub edən “Arsenal”dan Pyer-Emerik Obameyanq və Aleksandr Lakazett, Almaniya “Ayntraxt”ını penaltilər seriyasında üstələyən (1:1, pen.4:3) “Çelsi”dən Ruben Loftus-Çik və qapıçı Kepa Arrisabalaqadır.

Həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR