• İDMAN

    09:16 3 may 2019

Avropa Liqasında həftənin oyunçusu adına dörd namizəd müəyyənləşib

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

ONA-nın məlumatına görə, yarımfinal mərhələsinin ilk oyunlarında fərqlənən dörd futbolçu müəyyənləşib.

UEFA bu ada “Arsenal”ın (İngiltərə) hücumçuları Aleksandr Lakazett və Pyer-Emerik Obameyanq, “Çelsi”nin (İngiltərə) yarımmüdafiəçisi Ruben Loftus-Çik və “Ayntraxt”ın (Almaniya) qapıçısı Kevin Trappı namizəd hesab edib. Həftənin oyunçusu adına azarkeşlər arasında keçirilən səsvermə ilə aydınlıq gələcək.

Qeyd edək ki, final matçı Bakıda keçiriləcək turnirin yarımfinal mərhələsinin ilk oyunlarında “Arsenal” evdə “Valensiya”nı 3:1 hesabı ilə məğlub edib, “Çelsi” səfərdə “Ayntraxt”la heç-heçə edib – 1:1.

ONA

Teqlər:

SON XƏBƏRLƏR