UEFA Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb. ONA-nın məlumatına görə, 1/8 final mərhələsinin cavab oyunlarında fərqlənən 4 futbolçu bu ada namizəddir.
Bunlar Rusiya “Zenit”inin hücumçusu Sərdar Azmun, Avstriya “Zalsburq”unun forvardı Patson Daka, İspaniya “Sevilya”sının yarımmüdafiəçisi Pablo Sarabia və İngiltərə təmsilçisi “Çelsi”nin orta sahə oyunçusu Kallum Hadson-Odoidir. Həftənin oyunçusu azarkeşlər arasında keçirilən səsvermə ilə müəyyənləşəcək.