Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb. ONA-nın məlumatına görə, UEFA 1/8 finalın cavab oyunlarında fərqlənən dörd futbolçunu müəyyənləşdirib.
Bunlar Pyer-Emerik Obameyanq (“Arsenal”), Jonas (“Benfika”), Olivye Jiru (“Çelsi”) və Tomaş Souçekdir (“Slaviya”).
Azarkeşlərin səsverməsi ilə müəyyənləşəcək həftənin oyunçusunun adına bu gün aydınlıq gələcək.