Final oyunu Bakıda keçiriləcək Avropa Liqasında mövsümün rəmzi komandası açıqlanıb.
ONA-nın məlumatına görə, “InStat Football” şirkəti “Çelsi” – “Arsenal” matçı ərəfəsində “11-liy”i müəyyənləşdirib.
Bugünkü finalın iştirakçılarından beşi rəmzi komandaya düşüb. “Arsenal” üç, “Çelsi” iki oyunçu ilə “11-lik”də təmsil olunub.
Komandaya Kevin Trapp (“Ayntraxt”, Almaniya), Şkodran Mustafi (“Arsenal”, İngiltərə), Muktar Dyakabi (“Valensiya”, İspaniya), Rafael Toloy (“Atalanta”, İtaliya), Martin Hinteregger (“Ayntraxt”, Almaniya), Eynsli Maytlend-Nayls (“Arsenal”, İngiltərə), Daniel Parexo (“Valensiya”, İspaniya), Ruben Loftus-Çik (“Çelsi”, İngiltərə), Pyer-Emerik Obameyanq (“Arsenal”, İngiltərə), Artyom Dzyuba (“Zenit”, Rusiya), Eden Azar (“Çelsi”, İngiltərə) daxil edilib.