• İDMAN

    09:51 12 aprel 2019

Avropa Liqasında yeni rekord qeydə alınıb - VİDEO

Portuqaliyanın “Benfika” klubunun futbolçusu Joao Feliks Avropa Liqasının tarixinə düşüb.

ONA-nın məlumatına görə, 19 yaşlı istedad 1/4 final mərhələsinin Almaniya “Ayntraxt”ı ilə oyununda (4:2) rekord vurub.

Üç qola imza atan Joao Feliks Avropa Liqasında het-trik edən ən gənc oyunçu adına yiyələnib. O, uğuruna 19 yaş 152 günlüyündə nail olub.

Portuqaliyalı İtaliya təmsilçisi “Fiorentina”nın heyətində 19 yaş 219 günlüyündə het-trik edən Marko Pyatsanın rekordunu yeniləyib. J.Feliks həm də “Benfika”nın heyətində het-trikə imza atan ən gənc oyunçu olub.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR