• İDMAN

    14:11 13 mart 2019

Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək - AFİŞA

Sabah Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. ONA-nın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində 1/4 finalçılar cavab oyunlarından sonra müəyyənləşəcək.

Bakı vaxtı ilə saat 21:55-də başlayacaq ilk üç matçdan yalnız Rusiyada keçiriləcək qarşılaşma daha çox maraq kəsb edir. Yerli “Krasnodar” səfərdə minimal fərqlə uduzduğu İspaniya “Valensiya”sından qisas almağa çalışacaq.

İlk qarşılaşmada 3 cavabsız qolla qələbə qazanan İngiltərə “Çelsi”si və İtaliya “Napoli”si səfər görüşlərinə daha rahat çıxacaqlar. Sonuncular Avstriyada “Zalsburq”un, londonlular isə Kiyevdə “Dinamo”nun qonağı olacaqlar.

İspaniyanın “Vilyarreal” klubu Rusiyada 3:1 hesabı ilə məğlub etdiyi “Zenit”lə görüşə sensasiyaya imkan verməmək üçün çıxacaq. Eyni hesabla, lakin evdə qalib gələn Fransa “Renn”ini isə çətin səfər gözləyir. Sonuncular İngiltərədə “Arsenal”la qarşılaşacaq.

İtaliya “İnter”i evdə Almaniya “Ayntraxt”la üz-üzə gələcək. İlk oyunda qolsuz heç-heçə edən rəqiblər 1/4 finala vəsiqə üçün mübarizə aparacaqlar. Öz meydanında “Benfika”nı bir qolla məğlub edən Xorvatiya “Dinamo”sunu çətin səfər gözləyir. Zaqreblilər üstünlüyünü Portuqaliyada qorumalıdır.

İlk oyunda gözlənilmədən Sevilya səfərindən uğurlu nəticə ilə dönən Çexiya “Slaviya”sı doğma azarkeşlər önünə çıxacaq. “Sevilya” İspaniyadakı 2:2 hesablı sülhdən sonra mərhələ keçmək üçün qalib gəlməlidir.

Avropa Liqası
1/8 final
Cavab oyunları
14 mart
21:55. “Dinamo” (Ukrayna) – “Çelsi” (İngiltərə)

Baş hakim: Tobias Ştiler (Almaniya)
Kiyev. Olimpiya stadionu
İlk oyun – 0:3
21:55. “Zalsburq” (Avstriya) – “Napoli” (İtaliya)
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Zalsburq. “Red Bull Arena”
İlk oyun – 0:3
21:55. “Krasnodar” (Rusiya) – “Valensiya” (İspaniya)
Baş hakim: Entoni Teylor (İngiltərə)
Krasnodar. “Krasnodar” stadionu
İlk oyun – 1:2
00:00. “İnter” (İtaliya) – “Ayntraxt” (Almaniya)
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
Milan. Cüzeppe Meattsa stadionu
İlk oyun – 0:0
00:00. “Benfika” (Portuqaliya) – “Dinamo” (Xorvatiya)
Baş hakim: Deniz Aytekin (Türkiyə)
Lissabon. “Benfika” stadionu
İlk oyun – 0:1
00:00. “Slaviya” (Çexiya) – “Sevilya” (İspaniya)
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Praqa. “Sinobo” stadionu
İlk oyun – 2:2
00:00. “Arsenal” (İngiltərə) – “Renn” (Fransa)
Baş hakim: Andris Treymanis (Latviya)
London. “Emireyts” stadionu
İlk oyun – 1:3
00:00. “Vilyarreal” (İspaniya) – “Zenit (Rusiya)
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
Vilya Real. Estadio de Seramika
İlk oyun – 3:1

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR