Avropa Liqasının Bakıdakı finalı Moskvada dünyanın ən böyük ekranında göstəriləcək
  • İDMAN

  • 16:38 29 May 2019

Avropa Liqasının Bakıdakı finalı Moskvada dünyanın ən böyük ekranında göstəriləcək

Avropa Liqasının Bakıda keçiriləcək final oyunu Rusiyanın paytaxtı Moskvada təşkil olunan Finallar Festivalında nümayiş ediləcək. 

ONA-nın məlumatına görə, “Music Media Dome” meydanına toplaşacaq azarkeşlər dünyan ən böyük proyeksiya ekranında “Çelsi” – “Arsenal” matçını izləyəcəklər. 

Görüşü canlı olaraq Vladimir Stoqniyenko şərh edəcək. 

İki gün sonra keçiriləcək Çempionlar Liqasının “Liverpul”la “Tottenhem” arasındakı final matçı da eyni məkanda yayımlanacaq.

OXŞAR XƏBƏRLƏR