Arıq bu gündən etibarən Avropa Liqasının kuboku bölgələrə tanışlıq turu başlanıb.
ONA-nın yerli bürosunun məlumatına görə, UEFA Avropa Liqasının kuboku ölkənin ikknci böyük şəhəri olan Gəncəyə gətirilib.
Kubok bu gün 15:00-dan etibarən Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında nümayiş olunub.
Avropa Liqasının finalının oyununun Təşkilat Komitəsinin meneceri Tural Priyev Ona - ya bildirib ki, növbəti tədbir Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində olacaq.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda Böyük Britaniyanln “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq