Belarusun paytaxtı Minskdə II Avropa Oyunları çərçivəsində keçiriləcək batut gimnastikası və tamblinq üzrə yarışların püşkü atılıb.
ONA-nın məlumatına görə, “Minsk Arena”da baş tutan mərasimdə yarış iştirakçılarının çıxış edəcəyi sıra nömrələri müəyyənləşib.
Mükafatlar üçün mübarizə aparacaq 24 kişi gimnast arasında yer akan 2 Azərbaycan təmsilçisinin də Oyunlara neçənci qoşulacağı bilinib. Birinci idmançımız azarkeşlər qarşısına 9-cu, ikinci atletimiz 17-ci çıxacaq.
Kişi cütlərinin mübarizə apardığı sinxron hərəkətlərdə isə mükafatlara 8 ölkə iddia edəcək. Milli üzvləri 7-ci nömrə altında qüvvəsini sınayacaq.
Qadınların 24 fərdi və 8 cüt yarışlarında isə Azərbaycan idmançısı olmayacaq.
Qeyd edək ki, bu növ üzrə yarışlar iyunun 24-də və 25-də olacaq.