Hollandiyanın “Ayaks” klubu Çempionlar Liqasının pley-offunda keçirdiyi bütün səfər oyunlarında qələbə qazanıb.
ONA-nın məlumatına görə, 1/8 finalda İspaniyada “Real”ı 4:1, 1/4 finalda İtaliyada “Yuventus”u 2:1 hesabı ilə məğlub edən Amsterdam klubu uğurlu seriyasına yarımfinalda da sadiq qalıb.
İngiltərədə “Tottenhem”in qonağı olan hollandiyalılar minimal hesabla qalib gəliblər – 1:0. Bu, “Ayaks”ın mövsümdə son səfər matçı olub və komanda pley-offda mütləq göstəriciyə imza atıb.
Amsterdamlılar Çempionlar Liqasının tarixində pley-offda keçirdiyi hər üç səfər matçında qələbə qazanan 3-cü komandadır. Bunadək yalnız iki klub bunu bacarıb.
2012/13 mövsümündə Almaniya təmsilçisi “Bavariya”, 2017/18 mövsümündə isə İspaniya “Real”ı qrupdan çıxdıqdan sonra səfərdəki matçlarda qələbələri sıralayıb. Hər iki halda rekordçu Çempionlar Liqasının qalibi olub.