• İDMAN

    09:13 17 aprel 2019

“Ayaks” klub tarixinin rekordunu təkrarlayıb

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Yuventus”la İtaliyada keçirilən qarşılaşma “Ayaks” üçün rekordla əlamətdar olub.

ONA-nın məlumatına görə, Hollandiya təmsilçisi mövsüm ərzində vurulan qolların sayını 155-ə çatdırıb.

Bu da klub tarixinin rekordunun təkrarıdır. Amsterdamlılar 2009/10 mövsümündəki göstəricisini təkrarlayıb. “Ayaks”ın vuracağı növbəti qol mütləq rekordla əlamətdar olacaq.

Hollandiya klubu ölkə çempionatında 106, kubokunda 17, Çempionlar Liqasında 32 qol vurmaqla bu göstəriciyə imza atıb.

Qeyd edək ki, “Yuventus”la səfər oyununda 2:1 hesabı ilə qalib gələn “Ayaks” yarımfinala yüksəlib.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR