• İDMAN

    19:28 18 may 2019

Ayxan Abbasov: “Kuboku da qazansaq, onlar “Sumqayıt”ın tarixində qəhrəman kimi qalacaqlar”

“Əlbəttə, final oyununun adı həyəcan gətirir. Elə futbolçularımız var ki, ilk dəfə finalda oynayacaq”.

ONA-nın məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyib.

Gənc çalışdırıcı Azərbaycan kubokunun sabah keçiriləcək “Qəbələ” ilə final matçı ərəfəsində görüş barədə fikirlərini Peşəkar Futbol Liqasının rəsmi saytına açıqlayıb: “Mən də baş məşqçi kimi ilk dəfə belə matça çıxacağam. Bacardığımız qədər komandanı soyuqqanlı oyuna hazırlaşmağa çalışmışıq. Görüşün vacibliyini bilirik. Heyətimizdə itkilər var. Bəzi futbolçuların durumu son gündə bilinəcək. Meydana daha hazır oyunçuları buraxacağıq. Məşqçi karyerasında gözlənilməz anlar olur. Mövsümün əvvəlində nələr olacağını düşünmürdüm. “Sumqayıt” üçün çalışırıq. Futbolçularla finala çıxmağı bacardıq. Matçın nəticəsindən asılı olmayaraq onlara təşəkkür edəcəyəm. Onlar bu il inanılmazı bacardılar. Əgər kuboku da qazansaq, onlar “Sumqayıt”ın tarixində qəhrəman kimi qalacaqlar".

A.Abbasov bildirib ki, “Qəbələ” komandasından təcrübəlidir: "Onlar üç dəfə finalda oynayıblar. Heyətlərindəki oyunçuların ustalıq səviyyəsi üstündür. Onların hansısa futbolçusunun oynamamağını dəqiq bilmirəm. Bir futbolçuya qarşı deyil, “Qəbələ” komandasına qarşı hazırlaşmışıq. Bilirik ki, çətin olacaq. Amma futbolçularımıza güvənirəm. İnanıram ki, meydanda verilən tapşırıqları yerinə yetirib, bizə lazım olan nəticəni qazanacağıq”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR