• İDMAN

    17:03 9 aprel 2019

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatının B qrupunda 5-ci olub

Gürcüstanın Batumi şəhərində keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.

ONA-nın məlumatına görə, 41 ölkədən 325 atletin iştirak etdiyi yarışda Azərbaycan yığma komandasının üzvləri də mübarizəyə qoşulub.

Onlardan körpücük üzərinə ilk olaraq Kənan Xəlilov çıxıb. O, 73 kq çəki dərəcəsinin B qrupunda yarışıb. Atletimiz toplam 269 kq (124+145) nəticə ilə bu qrupda 5-ci yeri tutub.

Onun yekun sıralamada tutduğu yer A qrupundakı yarışlar bitəndən sonra bilinəcək.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR