Portuqaliyanın Maya şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub. Azərbaycan Gimnastika Federasiyasından ONA-ya verilən məlumata görə, yarış Azərbaycan millisi üçün uğurlu alınıb.
Təmsilçilərimizdən Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi bürünc medallara sahib olublar. Onlar qarışıq cütlükdə fəxri kürsüyə yüksəliblər.