• İDMAN

    10:06 2 mart 2019

Azərbaycan atleti Avropa çempionatının final mərhələsinə yüksəlib

Atletika üzrə qapalı məkanlarda Avropa çempionatına start verilib.

ONA-nın məlumatına görə, Şotlandiyanın Qlazqo şəhərində keçirilən yarışın ilk günündə Azərbaycan yığmasının atleti Nazim Babayev də qüvvəsini sınayıb.

Təmsilçimiz kişilərin üçtəkanla tullanma üzrə təsnifat mərhələsində çıxış edib. Şəxsi rekordunu yeniləyərək, 16,81 m nəticə göstərən Nazim 3-cü yeri tutub. Bu, idmançımıza final mərhələsində iştirak etmək hüququ verib. N.Babayev təsnifat mərhələsində yalnız portuqaliyalı Nelson Evora (16,89) və almaniyalı Maks Heysdən (16,81) geri qalıb.

Qeyd edək ki, 8 idmançının qatılacağı final mərhələsi martın 3-də baş tutacaq.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR