• İDMAN

    21:30 29 mart 2019

Azərbaycan badmintonçusu II Avropa Oyunlarına lisenziya qazanıb

Azərbaycan badmintonçusu Ezmi Qovimuramadhoni Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına lisenziya qazanıb.

ONA-nın məlumatına görə, idmançımız Dünya Badminton Federasiyasının açıqladığı son reytinq siyahısına əsasən bu hüquqa yiyələnib.

Minsk-2019-da badminton üzrə yarışlar 24-30 iyun tarixlərini əhatə edəcək. Oyunlar paytaxtın 2016-cı ildən istifadəyə verilən “Falcon club” Arenasında baş tutacaq.

Kişilərin şəxsi kateqoriyasında 32 badmintonçu II Avropa Oyunlarının medalları uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, II Avropa Oyunları iyunun 21-də start götürəcək və 30-da başa çatacaq.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR