Kişi boksçulardan ibarət Azərbaycan yığması sabah Özbəkistanın Anqren şəhərinə təlim-məşq toplanışına yollanacaq.
ONA-nın məlumatına görə, səfərdə məqsəd Belarusun paytaxtı Minskdə baş tutacaq II Avropa Oyunlarına hazırlığın son mərhələsini keçməkdir.
Komandamızın Anqren toplanışı 15 gün davam edəcək. Baş məşqçi Vaqif Şirinov və məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayevin rəhbərliyi altında keçəcək hazırlıq prosesində Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov, Dominqes Alfonso (hər ikisi 81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) iştirak edəcəklər.
Millimiz toplanışı Özbəkistan və Qazaxıstan boksçuları ilə birgə keçəcək.
Qeyd edək ki, Avropa Oyunları iyunun 21-30-da olacaq.