Mayın 22-də Çexiyada boks üzrə Usti-nad-Labem Qran-prisi start götürəcək.
ONA-nın Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 4 gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan yığması da iştirak edəcək.
Komandamızın baş məşqçisi Vaqif Şirinov Çexiyada 4 boksçumuzu sınaqdan keçirəcək. O, yeni çəki dərəcələri üzrə baş tutacaq Qran-pridə Elvin Məmişzadə (52 kq), Sərxan Əliyev (63 kq), Lorenzo Sotomayor (69 kq) və Alfonso Dominqesə (81 kq) şans verəcək.