• İDMAN

    18:52 28 iyun 2019

Azərbaycan boksçusu Avropa Oyunlarının finalına yüksəlib

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında 81 kq çəki dərəcəsində yarımfinal mərhələsi başa çatıb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, italiyalı Simone Fiorini məğlub edən Azərbaycan təmsilçisi Alfonso Dominqesin rəqibi ikinci yarımfinalda müəyyənləşib.

Böyük britaniyalı Bencamin Vittaker ermənistanlı Qor Nersesyan üzərində 5:0 hesablı qələbə qazanaraq finala yüksəlib. O, A.Dominqesə rəqib olub.

Qeyd edək ki, sabah “Ureçye Arena”da keçiriləcək final qarşılaşması Bakı vaxtı ilə saat 18:55-də başlayacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR