• İDMAN

    17:35 25 iyun 2019

Azərbaycan boksçusu Minsk-2019-da rəqibini məğlub edib

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında kişi boksçuların yarışlarında 1/8 final mərhələsinin son döyüşlərinə start verilib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən dəri əlcək sahibləri 1/4 finala vəsiqələr uğrunda döyüşlərə başlayıb.

Azərbaycan yığmasının üzvü Alfonso Dominqes “Ureçye Arena”da ikinci döyüşünə çıxıb. O, belaruslu Mixail Dauhalyavetslə üz-üzə gəlib. 5:0 hesabı ilə qalib gələn təmsilçimiz növbəti mərhələyə yüksəlib.

O, 1/4 finalda İrji Muzik (Çexiya) – Ziad El Mohur (Belçika) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarışa 11 idmançı ilə yollanan Azərbaycan yığmasının dörd boksçusu 1/4 finala yüksəlib. A. Dominqesə qədər Rüfət Hüseynov (49 kq), Cavid Çələbiyev (60 kq) və Lorenzo Sotomayor (69 kq) da bu hüquqa yiyələnib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR