• İDMAN

    00:36 7 aprel 2019

Azərbaycan cüdoçuları Avropa kubokunun ilk günündə 8 medal qazanıblar

Çexiyanın Teplitse şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

ONA-nın məlumatına görə, 34 ölkədən 771 idmançının mübarizə apardığı beynəlxalq turnirin ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

Yeniyetmə cüdoçularımız 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. İsmayıl Qənbərli (50 kq), Kamran Süleymanov (55 kq) və Turan Bayramov (60 kq) bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Şükran Zamanlı (55 kq), Nahid İsmayılov (66 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüb.

Səbinə Əliyeva (48 kq), Aydın Rzayev (55 kq) və Mətin Rzazadə (66 kq) isə bürünc medala sahib olub.

Avropa kuboku yarışına aprelin 7-də yekun vurulacaq.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR