Mayın 18-19-da Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku yarışları keçirilib.
ONA xəbər verir ki, 24 ölkədən 306 (193 oğlan, 113 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan 13 idmançı ilə təmsil olunub.
Ölkəmizə yeganə medalı “Judo Club 2012”nin yetirməsi Murad Fətiyev (81 kq) qazandırıb. Mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz ilk görüşdə erməni əsilli rusiyalı idmançı Karegin Şahlamcyana, növbəti mərhələdə isə Avstriyanı təmsil edən Saif-İslam İslamxanova qalib gəlib.
1/4 finalda daha bir rusiyalı cüdoçunu - Pavel Berlini mübarizədən kənarlaşdıran Murad yarımfinalda portuqaliyalı Migel Alves məğlub edərək finala yüksəlib.
Finalda cüdoçumuzun rəqibi rusiyalı Turpal Tepkayev olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Murad ona ipponla qalib gələrək qızıl medala layiq görülüb.
Azərbaycan komandası əldə etdiyi bir qızıl medalla turnirdə ümumi hesabda beşinci pillədə yer alıb.