Türkiyənin Antalya şəhərində cüdo üzrə beynəlxalq Qran-pri yarışına start verilib.
ONA-nın məlumatına görə, turnirin ilk günündə Azərbaycan millisi hesabına bir medal yazdırıb.
Qadınlar arasında 52 kq çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva yalnız bir görüşdə uduzaraq, bürünc medal qazanıb. Azərbaycan cüdoçusu 3-cü yer uğrunda görüşdə olimpiya çempionu, braziliyalı Sara Menezeşi məğlub edib.
Ondan fərqli, bu gün tatamiyə çıxan digər 7 idmançımız mükafatsız qalıb.
Qeyd edək ki, Antalya Qran-prisində 75 ölkədən 485 (297 kişi, 188 qadın) cüdoçu mübarizə aparır. Beynəlxalq turnirə aprelin 7-də yekun vurulacaq.