• İDMAN

    22:00 27 may 2019

Azərbaycan dünya birinciliyinə 2 atletlə yollanır

İyunun 1-9-da Ficinin paytaxtı Suvada gənclər arasında ağır atletika üzrə dünya çempionatı keçiriləcək.

ONA-nın məlumatına görə, 51 ölkədən 311 atletin (161 oğlan və 150 qız) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də körpücük üzərinə çıxacaqlar.

Ölkəmizi dünya çempionatında iki atlet təmsil edəcək. Bunlar qızlarda 55 kq çəki dərəcəsində Səbinə Əzimova, oğlanlarda isə 102 kq çəki dərəcəsində Əliş Nəzərovdur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR