Mayın 10-da Cənubi Koreyanın Çxanvon şəhərində stend atıcılığı üzrə Dünya Kuboku keçiriləcək.
ONA-nın məlumatına görə, 8 gün davam edəcək yarışda Azərbaycan yığması da iştirak edəcək.
Ölkəmiz trap yarışlarında Əli Hüseynli və Aydan Camalova ilə təmsil olunacaq. Bu snayperlər həm fərdi, həm də qarışıq cütlərdə hədəf önünə keçəcəklər.
Skit növündə isə Emin Cəfərov, Nurlana Cəfərova və Regina Meftahətdinova dəqiqliyini yoxlayacaq.
Qeyd edək ki, Dünya Kubokunda 58 ölkədən 360 idmançı mübarizə aparacaq.